
“Qarabağ”da oynadığım üçün yaxşı bilirəm ki, yeni transferlərin hamısı komandanın oyun sisteminə uyğundur. Ümid edirəm ki, bütün transferlər uğurlu olacaq və komandaya fayda verəcək".
Bu sözləri Apasport.az saytına açıqlamasında “Qarabağ”ın sabiq vingeri Danilo Dias deyib.
Uzun illər Portuqaliya klublarında oynamış braziliyalı Azərbaycan çempionunun yeni transferlərini şərh edib: “Hər şeydən əvvəl onu deyim ki, məncə, “Qarabağ” yay transferində üç yaxşı futbolçunu heyətinə qatdı. Doğrusu, Kuaku və Bikalyo barədə daha çox məlumatım var. Bikalyonu həqiqətən də çox bəyənirəm. Əvvəldən də belə idi, hətta bundan əvvəlki klublarında onu izləyirdim. O, “Palmeyras” sistemindən çıxıb və klubun ən yaxşı yetirmələrindən sayılır. Məncə, Pedro qarşıdakı mövsümdə “Qarabağ”da ən böyük sürprizlərdən biri olacaq. Necə oyunçu olduğunu hamınız birlikdə görəcəksiniz. Ümid edirəm ki, hər şey onun üçün yaxşı alınacaq. Kuakuya gəldikdə isə, onu “Mafra”dan tanıyıram. O, həqiqətən də fiziki cəhətdən güclü və yaxşı texnikaya malik futbolçudur. Kuakunu da çox bəyənirəm".