“Kəpəz” və “Panatinaikos” rəsmiləri görüşüblər
18.06.2025 - 19:23
“Kəpəz” və Yunanıstanın “Panatinaikos” klublarının rəsmiləri arasında görüş keçirilib.
Apasport.az xəbər verir ki, Afinada təşkil olunan görüşdə klubumuzun İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov və “Panatinaikos”un strategiya müşaviri Takis Fissas iştirak ediblər.
Görüşdə tərəflər arasında gələcəkdə əsas, böyüklər və aşağı yaş qruplarından ibarət komandaların üzvlərinin təcrübələrinin artırılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, Yunanıstan millisinin sabiq üzvü Takis Fissas komandası ilə birlikdə AVRO-2004-ün qalibi olub.
- Qismət Alıyev: "Avropa komandaları “Qarabağ”la başabaş oynaya bilmir”
- "Araz-Naxçıvan" - "Aris" matçının biletləri satışa çıxarılıb
- Reşford: “Barselona”da özümü evdəki kimi hiss edirəm”
- Çempionlar Liqası: Turində 8 qol, “Real”dan qələbə - YENİLƏNİB
- Selcan Mahsudova: “Olimpiya medalını qazanmaq əsas hədəfimdir”
0
0