Lixtenşteynli futbolçu: “Qələbə üçün əlimizdən gələni edəcəyik”
30.09.2026 - 16:19
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, yığmamız doğma meydanda Lixtenşteynlə qarşılaşacaq.
Qonaqların futbolçusu Alessio Hasler matçla bağlı fikirlərini bölüşüb:
“Azərbaycanla görüşə çox yaxşı hazırlaşmışıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Yüksək səviyyədə hazırlıq keçmişik. Yaxşı nəticə qazanmaq üçün Bakıya gəlmişik. Rəqinin güclü və zəif tərəflərini bilirik. Sabahkı oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Azərbaycan – Lixtenşteyn matçı oktyabrın 1-də saat 20:00-da başlayacaq.
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Azərbaycan derbisində sevinən tərəf “Qarabağ” oldu - YENİLƏNİB
- Kurban Berdiyev: “Bir neçə transfer planımız var”
- KL: “Zirə" “Hayduk”a, “Araz-Naxçıvan” “Aris”ə rəqib oldu - YENİLƏNİB
- “Arsenal”dan qələbə, “Mançester Siti” səfərdə uduzdu
0
0