EYOF-da iştirak edəcək idmançılarımız Şimali Makedoniyaya yola düşüblər
18.07.2025 - 17:07
EYOF-da iştirak edəcək idmançılarımız Şimali Makedoniyaya yola düşüblər

Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalinda iştirak edəcək idmançılarımız və Azərbaycan nümayəndə heyəti Şimali Makedoniya yola düşüb. 

Apasport.az xəbər verir ki, yarış iyulun 20-dən 26-dək iki ölkədə - Şimali Makedoniya və Xorvatiyada təşkil ediləcək.

Ölkəmiz builki festivalda 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində keçiriləcək.