“Neftçi TV” fəaliyyətini davam etdirir”
Apasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.
Klub rəsmisi bildirib ki, hazırda yeni studiyanın qurulması prosesi gedir: “Neftçi TV” yeni ofisə – “Palms Sports” Futbol Mərkəzinə köçürülür. Hazırda işlər davam edir və bu, müəyyən vaxt tələb edir. Daha sonra geniş yayım məsələsi yenidən gündəmə gətiriləcək. Yutub platformasında canlı yayımlarımız isə əvvəlki kimi davam edəcək”.
Əfsərli qeyd edib ki, 6 saatlıq yayımın 90 faizini köhnə kontentlər təşkil edirdi: “İş davam edir. Sadəcə vaxtı keçmiş, boyatlaşmış çıxışların qarşısını almışıq. Gələcəkdə ehtiyac yarandığı halda, yenidən Audiovizual Şuraya müraciət edərək lisenziya almaq hüququmuz var. Bu, əslində dondurmadır, ləğv etmə deyil. Klub böyüdükcə, kanal da böyüyəcək. Yeri gəlmişkən, Audiovizual Şuraya dərin təşəkkürlərimi bildirirəm. Onlarla çox yaxşı əməkdaşlığımız var”.
Onun sözlərinə görə, “Neftçi”nin yutub kanalı Azərbaycanda klub kanalları arasında ən yaxşısıdır: “Bunu hazırladığımız kontentlərdən də görmək mümkündür. Ötən mövsüm akademiyanın 100-dən çox oyununu məhz bu platforma vasitəsilə canlı yayımlamışıq. Atılan addım müasir dövrün tələblərinə uyğun şəkildə düşünülüb. Lisenziyaya əsasən, gündəlik minimum 6 saat yayım vermək məcburiyyətində idik. Son 1-2 ildə bu tələb səbəbindən köhnə videoçarxları yayımlamağa məcbur qalırdıq. Studiyanı yenilədikdən sonra isə elə günlər ola bilər ki, yayımlarımız 8, hətta 9 saata yaxın davam etsin”.
Qeyd edək ki, Audiovizual Şura"Neftçi TV" üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.
- Prezident “Qarabağ”ı "Ayntraxt" üzərində qələbə münasibətilə təbrik edib
- “Sabah”ın baş məşqçisi: “Səhvlərimizi təhlil edib aradan qaldırmalıyıq”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- Çempionlar Liqasında həftənin qoluna namizədlər: Addai də siyahıda
- "Səbail"dən ayrıldı - ÜÇÜNCÜ LİQADA ÇIXIŞ EDƏCƏK