“Zirə” Türkiyədə ilk yoxlama matçına çıxacaq
09.07.2025 - 11:21
Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən “Zirə” bu gün qonşu ölkədə ilk yoxlama oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi “Ankara Keçiörengücü” ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 18:45-də start götürəcək.
Qeyd edək ki, "Zirə" Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da "Neftçi Arena"da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
- Konfrans Liqası: "Başakşehir” və “Beşiktaş”dan qələbə - YENİLƏNİB
- Ukrayna millisinin futbolçusu: “Azərbaycanla görüş gözlədiyimizdən daha çətin keçdi”
- Cerard Pike: "Bu cür oyunlarda komandalar xal qazanmamalıdır" - VİDEO
- PSJ-dən 63 milyon avroluq transfer - RƏSMİ
- Qriliş Premyer Liqada klubunu dəyişə bilər
0
0