“Fənərbaxça” Türkiyə çempionu oldu!
25.06.2025 - 23:42
Türkiyə Basketbol Liqasının final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, həlledici oyunda “Fənərbaxça Beko” doğma meydanda “Beşiktaş”la qarşılaşıb.
“Sarı-lacivərdlilər” rəqibini 84:68 hesabı ilə məğlub edərək seriyada ümumi hesabı 4:1-ə çatdırıblar və çempionluğunu rəsmiləşdiriblər.

Qeyd edək ki, “Fənər” ardıcıl ikinci mövsümdür ki, Türkiyə Basketbol Liqasının qalibi olur.
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- "Sabah" kapitanını komandada saxladı - RƏSMİ
- Qurban Qurbanov: “İngiltərədə ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq”
- Qismət Alıyev: "Avropa komandaları “Qarabağ”la başabaş oynaya bilmir”
- “Neftçi” tilsimi qırdı, AMMA VAR HARDA İDİ? - VİDEO
0
0