Cüdo üzrə milli komandamız Yaponiyaya təlim-məşq toplanışına yollanıb.
Apasport.az xəbər verir ki, kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və məşqçi Kotaro Sasakinin rəhbərliyi altında Tokay Universitetində keçirilən toplanışa 10 cüdoçumuz cəlb olunub.
Düşərgə çərçivəsində millimizin üzvləri texniki və taktiki elementlər üzərində çalışırlar.
Qarşıdakı yarışlara hazırlıq və beynəlxalq təcrübənin artırılması məqsədi daşıyan bu toplanış 29 noyabrda başa çatacaq.
Qeyd edək ki, düşərgədə Azərbaycan yığması ilə yanaşı, Yaponiya, Rusiya və Danimarka milli komandaları da iştirak edir.
- "Arsenal" olimpiya çempionunu heyətinə qatıb - RƏSMİ
- Bəhlul Mustafazadə: "Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq"
- Birinci Liqa: "Difai"dən darmadağın, "Qəbələ" və "Karvan"dan xal itkisi - YENİLƏNİB
- Derbidə oyun dayandı: 4 qırmızı birdən
- “Qalatasaray”lı futbolçular Keremi izləməyi dayandırdılar