Taekvondoçumuz Avropa çempionu olub - FOTO
20.11.2025 - 00:27
İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında keçirilən Avropa birinciliyinə start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə milli komandamızın aktivinə 3 medal yazılıb.
48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İlyas Hətəmli turnirin qızıl medalına sahib çıxıb.
Mehdi Budaqlı (45 kq) və Novruz Əliyev (51 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, yarışda ölkəmizi 18 taekvondoçu təmsil edir.
- Saşa İliç: "Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik"
- "Dinamo"nun futbolçusu "Sabah"a gəlir? - Danışıqlar aparılır
- “Kristal Pelas”ın yetirməsi “Karvan”da - RƏSMİ
- Futbol veteranları “Baku Sporting” - “İmişli” matçında - FOTO
- EYOF-da iştirak edəcək idmançılarımız Şimali Makedoniyaya yola düşüblər
0
0