Taekvondoçumuz dünya üçüncüsü olub
29.10.2025 - 15:03
Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Qaşim Maqomedov bürünc medala layiq görülüb.
Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İdmançımız medala gedən yolda Abdul Vahid (Hindistan, 2:1), Omonjon Otajonov (Özbəkistan, 2:0), Lev Korneyev (Serbiya, 2:1) və Yusuf Badəm (Türkiyə, 2:1) üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunur.
- Emreli üçün Bundesliqadan iki müştəri - TRANSFERDƏ İSRARLIDIRLAR
- Millimiz beynəlxalq turnirin qalibi olub - VİDEO
- “Reyncers” azarkeşlərindən təqdirəlayiq addım
- "Mingəçevir"in yeni baş məqşçisi: "Məqsəd "Mingəçevir"i çempion etməkdir"
- “Tottenhem” hücumçusunu satmağı planlaşdırır - BAŞ MƏŞQÇİ ÇIXIŞINDAN RAZI DEYİL
0
0