“Aston Villa”dan iki yeni transfer
02.09.2025 - 10:19
“Aston Villa” heyətini iki yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda ötən mövsümü “Çelsi”də keçirən, müqavilə ilə isə “Mançester Yunayted”ə məxsus olan Ceydon Sanço, eləcə də “Liverpul”un yarımmüdafiəçisi Harvi Elliotu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki oyunçu mövsümün sonuna qədər icarə əsasında “Aston Villa”nın uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, komanda daha əvvəl müdafiəçi Viktor Lindelöfü heyətinə qatmışdı.
- “Qalatasaray” istəyirdi - PREMYER LİQA KLUBUNA TRANSFER OLDU
- İngiltərəli yarımmüdafiəçi addım-addım "Everton"a
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
- “Liverpul”un futbolçusu Almaniyanın ən yaxşısı seçilib
- Rüstəm Orucov: “Belə təşkilatçılığa nadir hallarda rast gəlinir”
0
0