De Paul Messinin komanda yoldaşı oldu - RƏSMİ
26.07.2025 - 10:48
Argentina millisində Lionel Messi ilə birgə çıxış edən Rodriqo De Paul klub səviyyəsində də superulduzun komanda yoldaşı olacaq.
Apasport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “İnter Mayami”yə transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, De Paul bu ilin sonuna qədər MLS təmsilçisinin heyətində çıxış edəcək.
Qeyd edək ki, argentinalı futbolçu 2021-ci ildə “Udineze”dən Madridin “Atletiko” klubuna 35 milyon avroya transfer olunmuşdu.
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- Klublararası Dünya Çempionatının finalında qalmaqal - VİDEO
- “Fənər” sponsoru ilə müqaviləni ləğv etdi - ADI MƏRC OYUNLARI İLƏ HALLANMIŞDI
- Qurban Qurbanov: “İngiltərədə ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq”
- AVF rəsmisi Avropa Voleybol Konfederasiyasından təyinat alıb
0
0