“Flamenqo” baş məşqçisi ilə bağlı qərarını verib - RƏSMİ
30.12.2025 - 09:18
“Flamenqo” baş məşqçisi Filipe Luizlə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub 40 yaşlı mütəxəssislə yeni müqavilə imzalayıb.
Bu barədə “Flamenqo”nun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, braziliyalı çalışdırıcı daha iki il komandanın baş məşqçisi vəzifəsində çalışacaq.
Qeyd edək ki, Filipe Luiz 2024-cü ildə “Flamenqo”nun baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda Braziliya çempionatı, Braziliya Kuboku və Libertadores Kubokunun qalibi olub.
- İngiltərəli müdafiəçi “Marsel”də - RƏSMİ
- İBA prezidenti: “Azərbaycanlı boksçuya qarşı haqsızlıq edən hakim ömürlük boksdan kənarlaşdırılacaq” - VİDEO
- Azərbaycan macərası bir ay çəkdi - komandadan ayrıldı
- Super Liqa: Liderdən inamlı qələbə
- “Neftçi TV” niyə lisenziyasını ləğv etdi?: Rüstəm Əfsərli açıqladı
0
0