“Qalatasaray” Mauro İkardinin gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, ötən mövsümü zədə səbəbindən buraxan 32 yaşlı hücumçu komandada qalacaq.
İstanbul təmsilçisi, müqaviləsi 2026-cı ilin yayında başa çatacaq forvardla əlavə iki illik yeni sözləşmə imzalamaq niyyətindədir.
“Qalatasaray” rəhbərliyi İkardiyə illik 6 milyon avro məbləğində hazırkı maaşını təklif etməyi planlaşdırır.
“Cimbom” argentinalı futbolçunu komanda üçün çox vacib oyunçu hesab edir və müqavilənin tezliklə rəsmiləşməsini istəyir.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ildən “Qalatasaray”ın formasını geyinir.
- Bakıda yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı keçiriləcək
- ÇL: “Qarabağ” səfərdən qalib qayıdır - YENİLƏNİB
- Güləşçimiz erməni rəqibinə qalib gəldi - TARİXDƏ İLK DƏFƏ - VİDEO
- Naynqolan: "Roberto Martinezin futboldan başı çıxmır"
- “Araz”ın ulduzu Avropa klublarının radarında: Yunanıstandan təklif