İngiltərə millisinin üzvü “Everton”dan ayrılacaq
30.06.2025 - 00:56
İngiltərə Premyer Liqası təmsilçilərindən “Everton”da ayrılıq yaşanacaq.
Apasport.az xəbər verir ki, komandanın 9 ildir formasını geyinən Dominik Kalvert-Luin klubdan ayrılacaq.
Bu barədə futbolçunun özü açıqlama yayıb.
İngiltərə millisinin üzvü bu ayın sonunda başa çatan müqaviləsini yeniləməyəcəyini bildirib.
Qeyd edək ki, 28 yaşlı hücumçu “Everton”un heyətində indiyədək 273 oyunda çıxış edərək 71 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
- Qurban Qurbanov: “Çelsi"nin oyun sisteminə uyğunlaşmalıyıq“
- Argentina millisinin üzvü "Atletiko"da - 21 milyon avro ödəyəcək
- Edersonun yaşıl meydanlara qayıdacağı vaxt bəlli oldu
- Sadettin Saran: Çempion olsaq, kuboku 3 prezident qaldıracaq
- Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub
0
0