İnzaqi “Əl-Hilal”da - RƏSMİ
05.06.2025 - 02:15

Simone İnzaqi "Əl-Hilal"ın baş məşqçisi vəzifəsinə təyin edilib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı təcrübəli mütəxəssilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
İnzaqi yeni komandasında illik 25 milyon avro qazanacaq.
Qeyd edək ki, italiyalı baş məşqçinin son iş yeri "İnter" olub.
0
0