Levandovski Messinin komanda yoldaşı ola bilər
22.10.2025 - 14:24
Hazırda karyerasını “Barselona”da davam etdirən Robert Levandovski gələcəkdə ABŞ-də çıxış edə bilər.
Apasport.az xəbər verir ki, 37 yaşlı hücumçu ilə MLS təmsilçisi “İnter Mayami” yaxından maraqlanır.
Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, MLS təmsilçisi mövsümün sonunda “Barselona” ilə müqaviləsi başa çatacaq polşalı forvardı heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Robert Levandovski 2022-ci ildə “Bavariya”dan “Barselona”ya 45 milyon avroya transfer olunmuşdu.
- İngiltərədə ayın futbolçusu bəlli olub
- Montsa "Formula-1"ə ev sahibliyi etməyə davam edəcək
- “Neftçi” tilsimi qırdı, AMMA VAR HARDA İDİ? - VİDEO
- Birinci Liqa: "Bakı Sportinq"dən qələbə, MOİK autsayderlə bacarmadı
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
0
0