Muslera "Estudiantes"də debüt etdi - FİNALDA MƏĞLUB OLDU
09.07.2025 - 11:05
"Qalatasaray"dan ayrılıb "Estudiantes" klubuna keçən Fernando Muslera ilk matçına çıxıb.
Apasport.az xəbər verir ki, komanda Argentina Superkubokunun finalında "Velez Sarsfield"ə qarşılaşıb.
"Estudiantes" rəqibinə 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Muslera 2011-ci ildən 2025-ci ilə qədər "Qalatasaray"da çıxış edib. O, 14 mövsüm ərzində ümumilikdə 550 matçda forma geyinib. Muslera "sarı-qırmızılar"la 8 dəfə Superliqanın, 5 dəfə Türkiyə Kubokunun, 6 dəfə Superkubokun qalibi olub.
- “Fənərbaxça” prezidentinə narkotik ittihamı: məhkəməyə çağırıldı
- “Qalatasaray”ın heyətində ciddi itki - 3-4 həftə oynamayacaq
- "Turan Tovuz"un kapitanı: "Öz məsələmizi özümüz həll etməliydik”
- Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”
- “Neftçi” yeni transferinin müqavilə detallarını açıqladı
0
0