Niderlandlı futbolçu Premyer Liqada klubunu dəyişə bilər
31.10.2025 - 11:20
“Mançester Siti”nin müdafiəçisi Natan Ake yayda komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, niderlandlı futbolçu ilə “Kristal Palas” yaxından maraqlanır.
Bu barədə “Teamtalk” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, London klubu 30 yaşlı oyunçunu mövsümün sonunda komandadan ayrılması gözlənilən Mark Gehinin əvəzləyicisi kimi görür.
Qeyd edək ki, “Mançester Siti” Niderland millisinin üzvünü 2020-ci ildə “Bornmut”dan 45,3 milyon avroya transfer edib.
- Ramal Hüseynov: "Qarabağ" rəhbərliyi hər şeyi yaxşı başa düşür"
- “Kəpəz” keçmiş futbolçusunu geri qaytarıb - RƏSMİ
- Bəhlul Mustafazadə: "Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq"
- Baxşıyev “Qarabağ”a inanır: Təmsilçimiz sərfəli nəticə əldə etsə…
- EYOF-da iştirak edəcək idmançılarımız Şimali Makedoniyaya yola düşüblər
0
0