"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turunun "Bodo Qlimt"lə oyunundan öncə ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar"ın futbolçusu İlkay Gündoğan sıradan çıxıb.
Arxa əzələsindən zədə alan 34 yaşlı almaniyalı yarımmüdafiəçi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
O, komandasına "Bodo Qlimt", "Göztəpə", "Trabzonspor", "Ayaks" və "Kocaelispor" matçlarında kömək edə bilməyəcək.
***
15:41
"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turunun "Bodo Qlimt"lə oyunundan öncə ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, İstanbul klubunun aparıcı oyunçularından olan İlkay Gündoğan sıradan çıxıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Almaniya millisinin sabiq üzvü oyunöncəsi taktiki məşq zamanı zədələnib.
İddialara görə, 34 yaşlı yarımmüdafiəçinin yerinə Yunus Akgün əsas heyətdə meydana çıxacaq.
Qeyd edək ki, "Qalatasaray" - "Bodo Qlimt" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
- “Latsio”nun yeni baş məşqçisi müəyyənləşib - RƏSMİ
- AMADA: Son 8 ildə ən çox dopinq sanksiyası tətbiq edilən idman növləri açıqlanıb
- Dünya çempionatına qatılan daha bir ölkə bəlli oldu - 16 il sonra
- Niderlandlı futbolçu Bundesliqa klubunda - RƏSMİ
- Hacıosmanoğlu: “Hakimlərlə başladıq, indi sıra futbolçulardadır”