Taylan Bulut rəsmən “Beşiktaş”da
16.08.2025 - 19:16
"Beşiktaş" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "qara qartallar" "Şalke" forması geyinən Taylan Bulutu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi 19 yaşlı oyunçu üçün qarşı tərəfə 6 milyon avro ödəyib.
Qeyd edək ki, Almaniya U19 millisinin üzvü olan Taylan “Şalke”nin heyətində ötən mövsüm çıxış etdiyi 29 rəsmi oyunda 1 qol vurub və 1 assist edib.
- "Sabah" - "Qarabağ" matçı bu tarixdə keçiriləcək
- “Mingəçevir”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- Montsa "Formula-1"ə ev sahibliyi etməyə davam edəcək
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- Sabiq “Beşiktaş”lı Premyer Liqa klubunda - RƏSMİ
0
0