Vardi İtaliyada ən yaxşısı seçilib
11.12.2025 - 18:56
İtaliya A Seriyasında noyabr ayının ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada “Kremoneze”nin hücumçusu Ceymi Vardi layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti açıqlama yayıb.
38 yaşlı forvard “İnter”dən Lautaro Martinesi, “Milan”ın qapıçısı Mayk Menyanı, “Napoli”nin futbolçusu David Neresi, “Udineze”dən Nikolo Zaniolonu və “Cenoa”nın müdafiəçisi Leo Ostiqaardı geridə qoyub.
Xatırladaq ki, Vardi ötən ay “Kremoneze”nin heyətində A Seriyasında keçirdiyi 4 oyunda 3 qol vurmuşdu.

- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Portuqaliya millisinin üzvü "Tottenhem"də - RƏSMİ
- "Qarabağ" beynəlxalq turnirə uğurlu start verib
- Rövşən Nəcəf: “Bunu yenilənmə mərhələsi kimi qiymətləndiririk”
- Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”
0
0