"Komandam üçün əlimdən gələni edirəm. Lakin hələ üzərimdə çox işləməliyəm".
Bu sözləri apasport.az saytına açıqlamasında Abdullahi Şuaybu deyib.
"Qəbələ"nin hücumçusu MOİK-lə matçı dəyərləndirib: "Bu gün yaxşı oynadıq. Meydana qələbə üçün çıxmışdıq. İstəyimizə nail olduğumuz üçün xoşbəxtik. Bakıdan 3 xalla ayrılırıq. Öz çıxışım barədə onu deyə bilərəm ki, əlimdən gələni etməyə çalışıram. Komandamın uğurları üçün bacardığımı meydanda qoyuram. Üzərimdə çox işləməliyəm. Turnir cədvəlində liderliyimizi davam etdiririk. Ümid edirəm ki, ilk pillənin sahibi kimi Premyer Liqaya vəsiqə qazanacağıq. Növbəti həftə "Karvan"la çox vacib oyunumuz var. Rəqibimiz çox güclü komandadır. Lakin həmin görüşdən 3 xalla ayrılmaq niyyətindəyik".
Qeyd edək ki, I Liqanın MOİK - "Qəbələ" matçı qonaqların qələbəsi ilə nəticələnib - 4:0.
- Saşa Boy 1 ay yaşıl meydanlardan uzaq qalacaq
- Ayxan Abbasov: "Qorxduğumuz başımıza gəldi"
- Bəxtiyar Musayev: "Neftçi" indi çox istəklidir" - MÜSAHİBƏ
- Benziaya Türkiyədən təklif: Qərarı böyük ölçüdə bəllidir
- İsveç millisinin baş məşqçisi: “Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan“