
Misli Premyer Liqasının I turunda "Sumqayıt" "Kəpəz"i məğlub edib - 3:0.
Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Adil Şükürovun mətbuat konfransı keçirilib.
"İlk oyunumuzda qələbə qazanaraq Gəncəyə dönmək istəyirdik. Çox təəssüf ki, əlimizə düşən imkanlardan istifadə edə bilmədik və futbolun yazılmamış qanunu özünü göstərdi. 2-ci qoldan sonra futbolçular ruhdan düşdülər və məğlub olduq. Heyət olaraq təzə yığılmışıq və tam formalaşmamışıq. Çatışmazlıqlarımız var və bundan sonra da işləməliyik və elə etməliyik ki, gələcəkdə bu cür oyunlardan xallar qazana bilək".
- Komandanın kapitanı Əli Səmədov bu gün meydana daxil olmadı. Hazır deyildisə niyə iştirak ərizəsinə salınıb? Hazır idisə niyə bu gün onu meydanda görmədik?
- Əli komandanın kapitanı olaraq oyunçuların yanındadırsa, bu o demək deyil ki, hazırdır, ya hazır deyil. Sadəcə olaraq bu gün məşqçilər korpusu olaraq belə qərar verdik. Oyunçunun hazırlıqsızlığından söhbət gedə bilməz. Əksinə, bu gün ehtiyatda da olsa komandanın yanında olması çox vacib idi.
- "Kəpəz"də bir çox dəyişiklər oldu. Amma komandanın oyununda irəliləyiş görsənmir. Niyə?
- "Kəpəz" düzələcək. Qısa bir müddətdə çatışmazlıqları aradan qaldıracağıq. Azarkeşlər bizdən tam fərqli komanda gözləyirlər. Onlar bu komandanı görəcəklər.
- “San Siro” Çempionlar Liqası finalına ev sahibliyi etməyəcək
- FIA 2025-ci il Formula 1 Dünya Çempionatı üçün media akkreditasiya qaydalarını açıqlayıb
- "Qarabağ"ın forvardı getmək istəyir, meneceri komanda tapa bilmir - ÖZƏL
- Ölkə kubokunda yarımfinalçılar bəlli oldu
- Qəzənfər Abbasov MOİK-dən ayrıldı - ÖZÜ AÇIQLADI