"Zirə"ni təbrik edirəm. Birinci hissədə istədiyimiz kimi mübarizə apardıq. 60-cı dəqiqədən sonra oyundan düşdük və uduzduq. Toparlanıb qarşıdakı oyunlara köklənmək və bu matçı unutmaq lazımdır".
Apasport.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının "Zirə" ilə matçından (0:3) sonra "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Matçın qırılma anı penalti qərarının dəyişdirilməsi oldu?
- Son dönəmlərdə əleyhimizə, leyhimizə o qədər qərarlar görürük ki... Çoxu da əleyhimizə olur. Xətti necə çəkirlər... Ondan qabaq da qol epizodlarımız oldu. Qol vursaydıq, tam başqa cür olardı. Belə oyunları uduzanda təsir edir. Çünki ilk yarıda istədiyimizi edirdik.
- "Zirə" son 10 oyunda qələbə qazanmamışdı, 9 oyundur qol vura bilmirdi. Daha aqressiv olacaqları gözlənilirdi. Bunu nəzərə almışdız?
- Əlbəttə. "Neftçi" ilə oyunlarını da izləmişdik. Hər üç qol epizodunu da özümüz verdik. İki qol da rekaşetdən sonra vuruldu. Biz özümüz özümüzə qol epizodları yaratdıq. Səhvlərimizdən istifadə etdilər. "Zirə" bizim üçün böyük ölçüdə çətinlik yaratmadı. 60-cı dəqiqədən sonra demək olar ki, uşaqlar sındılar.
- UFC Bakı gecəsinin qalibi – Halil Rauntri
- Milyonlar xərclənən legionerlərimiz hardadır? - Yerli və milli toplanış
- Andrey Lunyov: "Hər oyuna xüsusi motivasiya ilə çıxıram"
- Tərlan Əhmədov: “Kəpəz”də çörəkpulu qazanan insanların bəziləri mənim arxamca danışır”
- Cüdoçularımızdan Avropa Kubokunun ilk günündə 12 medal