
"Oyuna yaxşı hazırlaşmışdıq. Qırmızı vərəqəyə qədər oyun yaxşı gedirdi. Futbolda belə şeylər olur. Təəssüflənirəm ki, 3 xal qazana bilmədik. O 3 xal bizim üçün çox vacib idi. "Qəbələ"yə uğurlar arzulayıram".
Apasport.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 27-ci turunun "Qəbələ" ilə matçından (1:1) sonra "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib. O, mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Müdafiədə olan problemlərin səbəbi nədir?
- Eyni oyunçu həm qırmızı vərəqədə, həm də qolda rol oynadı. Futbolçuya çox söz demək onu daha da sındırmaqdır. Yaddan çıxarmaq lazımdır. Kim istəyər ki, səhv etsin?
- Avrokuboklar uğrunda mübarizəniz davam edir?
- 32 xalımız var. Yuxarıdan 8 xal geridəyik. Hər an hər şey dəyişə bilər. Qarşıda 9 oyun var.
- Kadiri Momammed əvvəlki performansından uzaqdır. Bunun səbəbi nədir?
- Heyətimiz elə də geniş deyil. Bu gün hər kəs bizim üçün əsas heyətin oyunçusudur. Kadiri bu gün dəqiq deyil, sabah dəqiq ola bilər. Dua edək ki, növbəti oyunlarda qol vurar.
- Avrokuboklara vəsiqə qazanacağınıza inanırsınız?
- Bu gün hesabda öndə idik. Kim deyərdi ki, azlıqda qalacağıq, qapımızda özümüz qol epizodu yaradacağıq. Futbolun yazılmamış qanunları var. Hər an hər şey ola bilər. İki qələbədən sonra ilk 3-lükdə ola bilərsən. Əlimizdə olan materiala uyğun hərəkət edirik. Pis futbol oynamırıq.
- Azlıqda qalmaq ehtimalına hazırlaşmamışdız?
- Düşünmürəm ki, hansısa məşqçi heyəti quranda qırmızı vərəqəni nəzərə alır. Sadəcə olaraq qırmızı vərəqədən sonra alternativləri fikirləşir. Azlıqda qalandan sonra müdafiəyə çəkilirsən.
- Şahin Diniyev: “Məğlubiyyətə layiq komanda deyildik”
- Premyer Liqa: Masazırda qollu bərabərlik - YENİLƏNİB
- Vidadi Rzayev: “Dövlətin ayırdığı pulu yedilər, dağıtdılar” - MÜSAHİBƏ
- "Formula 1": Oskar Piastri Azərbaycan Qran-prisinin qalibi oldu
- Kurban Berdıyev: "Topun xətti keçməsi videotəkrarda görünmədi"