Azərbaycan millisinin üzvü komandasını tərk edir - ÖZƏL
25.07.2025 - 14:50
Azərbaycan millisinin üzvü Emil Mustafayev yeni mövsümə fərqli komandada başlayacaq.
Apasport.az saytına verilən məlumata görə, 23 yaşlı yarımmüdafiəçi "Polesye"ni tərk edəcək.
Yığma komandamızın futbolçusu klubda oynamaq şansı qazana bilmədiyi üçün orada qalmaq istəmir.
Mustafayev hazırda məxsus olduğu "Polesye"dən ayrılacağını qətiləşdirib. Onun Ukrayna klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Emilin Avropa klublarından da təklifləri var. Yaxın günlərdə futbolçunun yeni komandasının adına aydınlıq gələcək.
- "Neftçi" üçün braziliyalı hücumçu və müdafiəçi - EKSKLÜZİV
- II Liqa: "Şahdağ Qusar" və "Dinamo"dan səfər qələbəsi, İmişlidə bərabərlik
- Qarabağın yeni transferi tibbi müayinədən keçdi: BAZAYA DƏVƏT EDİLDİ
- Azər Bağırov: "Bu qələbə ilə çox şeyi geri qaytara bildik"
- “Real”ın futbolçusu Mərakeş millisi yolunda
0
0