Bəxtiyarın komandası məğlub oldu
18.03.2024 - 00:31
Türkiyə 1-ci Liqasında 27-ci turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, yığmamızın üzvü Bəxtiyar Həsənalızadənin şərəfini qoruduğu “Tuzlaspor” da növbəti matçına çıxıb.
Komanda “Erzurumspor”un qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Bəxtiyar meydana start heyətində çıxıb. O, sona qədər oynayıb və 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, “Tuzlaspor” 27 xalla 15-ci pillədə qərarlaşıb.
- "Qarabağ" üçün Juninyo məsələsi bağlandı: AĞDAM TƏMSİLÇİSİNİN GÖZÜ PORTUQALİYADA
- Millimizin müdafiəçisi: “Məncə, biz daha üstün oynadıq”
- “Araz-Naxçıvan” “Qarabağ” səfərindən xalsız qayıdır - YENİLƏNİB
- Millimizin yarımmüdafiəçisi: “Epizodları dəyərləndirməyəndə, rəqib səni cəzalandırır”
- Yığmamız Türkiyədə 22 medal qazandı
0
0