Binədə ara qarışdı məzhəb itdi - VİDEO
19.02.2026 - 16:45
Binədə ara qarışdı məzhəb itdi  - VİDEO

Futbol üzrə Azərbaycan I Liqasında insident yaşanıb.

Apasport.az saytının matça əzam olunan əməkdaşının məlumatına görə, “Şəfa” - “Mingəçevir” oyunundan sonra ara qarışıb.

Qərblilərin forvardı Amil Yunanovla Bakı təmsilçisinin məşqçisi arasında gərginlik yaşanıb. 

Münaqişə təhlükəsizlik əməkdaşları  tərəfindən sakitləşdirilib. Lakin daha sonra tuneldə yenidən vəziyyət qarışıb.

Xatırladaq ki, “Şəfa” Yunanovun sabiq komandasıdır. Onun “Şəfa”dan qalmaqallı şəkildə ayrıldığı bildirilir.