Daha öncə “Neftçi”nin bir neçə legionerlə yollarını ayıracağı barədə xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın heyətdə saxlamaq niyyətində olduğu legionerlər də var.
Belə ki, “Neftçi”nin Ervin Koffi ilə işbirliyinə davam etmək istəyində olduğu bildirilir.
Lakin 30 yaşlı futbolçu hələ ki, qərarını verməyib. O, daha cəlbedici təklif alarsa, komandanı tərk edəcək.
Qeyd edək ki, fransalının “Neftçi” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, daha öncə “Şatoru”, “Loryan”, “Anortosis”, “Olimpiakos” (Nikosiya) və “Pau” klublarında çıxış edib.
- "Sabah" Berezutskiyə qapını göstərdi: Bir şərtlə qala bilər
- Ölkə kubokunda yarımfinalçılar bəlli oldu
- Fərid Namazov: "Normalda bu aylarda qarşılaşmalar ən tez saat 4-5-də start götürməlidir"
- “Sumqayıt” Premyer Liqa klubunun kapitanını istəyir - ÖZƏL
- "Zirə" legioneri ilə bağlı qərarını verdi - EKSKLÜZİV