Leandro Qomeş: "Karvan"dakı xatirələr gözümdə canlandı"
21.08.2025 - 17:48
Leandro Qomeş: "Karvan"dakı xatirələr gözümdə canlandı"

"Azərbaycanda oynadığım dönəmdə “Karvan” forması da geyinmişəm. Ona görə də, bu komandanı izləyirəm".

Bu sözləri apasport.az saytına açıqlamasında "Karvan"ın sabiq futbolçusu Leandro Qomeş deyib.

O, komandanın çıxışını dəyərləndirib: "Ümumilikdə, Azərbaycan futbolu ilə daim maraqlanıram və diqqətdə saxlayıram .“Karvan”ın Premyer Liqaya geri qayıtması məni çox sevindirdi. Oradakı oyunlarım, anlar xatirəmdə canlandı. Artıq komanda 1 oyun keçirib. Yaxşı da oyun keçirdilər və bərabərə qaldılar. “Karvan”a uğurlar arzulayıram. Ümid edirəm ki, komanda 2-ci turda qələbə qazanaraq aktivindəki xalların sayını artıracaq. Hər halda, vaxtı ilə “Karvan” yüksək yerlər uğrunda mübarizə aparıb. İnanıram ki, bu mövsüm də onlar çox möhkəm heyət qurublar və uğurlu nəticə üçün oynayacaqlar. Növbəti illərdə məqsəd daha da yüksələcək”.

Qeyd edək ki, Azərbaycan milli komandasının sabiq forvardı ölkəmizdə “Bakı”, “Olimpik” klublarında da çıxış edib.