"Qarabağ" daha bir futbolçusu ilə bağlı qərarını verib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, ağdamlılar Patrik Andradeni komandada saxlayacaq.
Daha öncə tərəflər arasında razılıq əldə olunduğunu, yalnız müəyyən detalların qaldığını bildirmişdik.
Artıq futbolçu ilə klub bütün mövzularda ortaq məxrəcə gəliblər. Yayda müqaviləsi bitəcək kabo-verdeli ilə daha 1 illik sözləşmə imzalanacaq.
Yarımmüdafiəçinin müəyyən təklifləri olsa da, özü "Qarabağ"da qalmağa üstünlük verib.
Qeyd edək ki, Andrade 2020-22-ci illərdə Ağdam təmsilçisində çıxış edib. O, bir mövsüm "Partizan"da çıxış etdikdən sonra 2023-cü ilin yayında yenidən "Qarabağ"a qayıdıb.
- Ayxan Abbasov: “Bundan sonra daha çətin olacaq”
- Ramos Braziliya yolunda
- Əfran İsmayılov: "İnanmıram ki, Rəşad Sadıqov kimi lider bir də Azərbaycan millisinə gəlsin"
- Şahin Diniyev: “Sadəcə keyfiyyət məsələsində geri qaldıq”
- Qurban Qurbanov: "Bu turnirdə keçirdiyimiz matçlar bizim üçün böyük təcrübə oldu"