"Qarabağ"a növbəti imtina: Daha bir hücumçu "yox" dedi
30.07.2025 - 15:19
“Qarabağ”ın transfer siyahısında yer alan hücumçulardan daha biri Azərbaycana gələsi olmayıb.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi İsveçrənin “Aaurau” klubunda oynayan Yannik Tureni heyətinə qatmaq istəyib.
Lakin 24 yaşlı forvard Xorvatiyanın “Osiyek” klubuna keçməyə üstünlük verib.
Seneqal əsilli isveçrəli “ağ-mavilər"lə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, hücumçu “Yanq Boyz”, “Vill 1900” və “Tun” klublarında çıxış edib.
- "Neftçi"də gözlənilməz ayrılıq - Komandanın liderlərindən biri yola salındı
- "Formula-1" Azərbaycan Qran-prisi: Bakı Şəhər Halqasında Heyrətamiz Yarış
- "Sabah"ın 111 yaşlı rəqibi: Bolqarıstan futbolunun xalq klubu
- Vaqif Cavadov: “Növbəti matçlarda belə oyun görmək istəyirəm”
- Rahil Məmmədov oynadı, komandası məğlub oldu
0
0