"Qarabağ"ın forvardı getmək istəyir, meneceri komanda tapa bilmir - ÖZƏL
08.09.2024 - 15:21
"Qarabağ"ın hücumçusu Redon Cica komandadan ayrılmağı çox istəyir.
Apasport.az saytına verilən məlumata görə, albaniyalı futbolçu ən azından icarəyə yollanmaq niyyətindədir.
O, bu barədə menecerinə də tapşırıq verib. Lakin hələ ki, Cicanın istədiyi şərtlərlə təklif göndərən klub yoxdur.
Futbolçunu israrla istəyən komanda "Ankaragücü" idi. Amma paytaxt klubu da hücum xəttini millimizin forvardı Renat Dadaşovla gücləndirdi. Əslində, Albaniya klubları Cicanı istəyir. Lakin o özü Albaniyaya qayıtmaq niyyətində deyil. Cicanın icarəyə yollanıb-yollanmayacağı bu gün bəlli olacaq.
- Elhad Nəziri: "Laynsman deyir ki, autdur, amma baş hakim rəqib komandanın lehinə qərar verir"
- “Dinamo”nun Sumqayıtdakı matçları yerli jurnalistlərə və azarkeşlərə açıq olacaqmı?
- İlham Zəkiyev qalmaqal barədə: “Həkimləri aldatmaq mümkün deyil”
- Ernan Skuliç: "Növbəti mərhələ üçün böyük şansları olacaq"
- “Qarabağ”ın matçının biletləri satışa çıxarılır
0
0