"Qarabağ" nəhayət ki, Kamilo Duranı Bakıya gətirib.
Apasport.az saytına verilən məlumata görə, kolumbiyalı artıq paytaxtımıza təşrif buyurub.
Futbolçu tibbi müayinədən uğurla keçib. O, bir neçə dəqiqə öncə "Qarabağ"ın Suraxanıda yerləşən bazasına dəvət edilib. Klubun bazası və stadionu ilə tanış olan Duran yaxın dəqiqələrdə klubla rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, 23 yaşlı futbolçunun “Portimonense” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədər idi.
Əlavə edək ki, komandanın baş məşqçisi Qurban Qurbanov da bu gün keçirilən mətbuat konfransında Duranın Bakıya gəldiyini təsdiqləmişdi.
- Ederson "Mançester Siti"nin tarixinə düşdü
- Avropa nəhəngi Elvin Cəfərquliyevə elçi düşdü - SON DƏQİQƏ
- Çempion heyətin vingeri yenidən “Neftçi”də? - AZARKEŞLƏRİN SEVİMLİSİ QAYIDIR
- “Turan Tovuz” evdə məğlub oldu - YENİLƏNİB
- Tərlan Əhmədov: “Kəpəz”də çörəkpulu qazanan insanların bəziləri mənim arxamca danışır”