“Qəbələ” yeni transfer edir - TSXADADZE AÇIQLADI
04.02.2026 - 21:46
Misli Premyer Liqası təmsilçilərindən “Qəbələ” növbəti transferini reallaşdıracaq.
Apasport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Kaxaber Tsxadadze açıqlayıb.
Mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah”la matçından sonra keçirilən mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, yaxın günlərdə komandanın son transferinin də rəsmiləşməsi gözlənilir. Bununla da, “Qəbələ” 5-ci keçidini reallaşdıracaq və transfer pəncərəsini yekunlaşdıracaq.
Qeyd edək ki, qarşılaşma 0:0 hesablı bərabərliklə nəticələnib.
- “Abşeron”da yeni basketbolçu
- Sekidikanın taleyinə aydınlıq gəldi - GEDİR, YOXSA QALIR?
- Matsen "Borussiya"nın hədəfində
- "Zaqatala"nın baş məşqçisi: "Yaxşı heyət yığmaqla komanda oyunu nümayiş etdirmək fərqli şeylərdir"
- Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
0
0