Renat oynadı, komandası mübarizəni dayandırdı
07.02.2024 - 22:26
Türkiyə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Apasport.az xəbər verir ki, millimizin forvardı Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" "Başakşehir"in qonağı olub.
Görüşün əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə nəticələnib. Penaltilər seriyasında daha dəqiq olan meydan sahibləri qələbə qazanıb - 3:2. Bununla da, "Hatayspor" kubokda mübarizəni dayandırıb.
Qeyd edək ki, yığmamızın üzvü qarşılaşmaya start heyətdə başlayıb. O, 90-cı dəqiqədə əvəzlənib.
- "Barselona"nın yay transfer planı
- Murad Musayev: “Nəticə istədiyimiz kimi olmadı”
- "CBC Sport"un baş redaktoru: "I Liqanın bir neçə oyununu da canlı yayımlamağı nəzərdə tutmuşuq"
- Azərbaycan millisinin sabiq baş məşqçisi: “Həqiqətən də, əla oynadınız”
- Elvin Yunuszadə: "Böyük kluba qarşı oynayacağıq" - MÜSAHİBƏ
0
0