"Sabah"ın yeni transferi Patrik Orfe Mbinanın durumu bəlli olub.
Klubdan Apasport.az saytına verilən məlumata görə, futbolçu hələ ki, meydana çıxmağa hazır deyil.
Hücumçunun yüngül zədəsi var. Mbina hazırda bərpa prosesi keçir. O, daha sonra komanda ilə məşqlərə start verəcək.
Patrikin debütü onun adaptasiya prosesindən və məşqçilərin yekun qərarından asılı olacaq. Lakin forvardın fevralın sonuna kimi rəsmi matça çıxması gözlənilir.
Xatırladaq ki, Orfe ötən gün keçirilən "Araz-Naxçıvan"la matçın (4:1) iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Mbina Sloveniyanın "Maribor" klubundan mövsümün sonuna qədər icarəyə götürülüb.
- AFFA-dan "Qarabağ"a 74.500 manatlıq CƏZA
- Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşib
- "Qarabağ"ın "mühərrik"inə elçi düşdülər - Çempionlar Liqasının daimi iştirakçısı
- Benziaya Türkiyədən təklif: Qərarı böyük ölçüdə bəllidir
- Bəxtiyar Musayev: "Oser faciəsi" təkrarlana bilər"