“Neftçi” mövsümə hazırlığı yüksək səviyyədə keçib”.
Apasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.
"Komandada vəziyyət yaxşıdır. Hazırlığımız yüksək səviyyədə keçib. Çempionatdakı təzyiqi anlayırıq. Adımız hədəfdir. Adımıza görə oynayacağıq. Bu hədəflə oynasaq, mövsümün sonunda istədiyimizə çatacağıq. Heyətdəki dəyişikliklər təsirsiz ötüşməyəcək. Hər şeyin yaxşı olacağına inanırıq. Məncə, yaxşı və keyfiyyətli oyunçuları heyətə cəlb etmişik. Süni örtüklü meydançalar bizə çətinlik yaradacaq. Dəfələrlə şahidi olmuşuq ki, süni örtükdən sonra futbolçularda zədələr yaranır. Bu, bizdən asılı olan məsələlər deyil”.
- Fərrux Mahmudov: “İki futbolçuya təklif göndərilib, cavab gözləyirik”
- Miodraq Bojoviç: “Bu qələbə bizə əlavə güvən verəcək”
- "İmişli"nin braziliyalısı: "Premyer Liqa üçün ciddi şanslarımız var"
- "Zirə"nin legioneri uğrunda mübarizə davam edir - 1,5 milyon avro
- "Neftçi" Meza Kollidən imtina etdi: "Ağ-qaralar" almaniyalını hədəfləyir