“Səbail”də ayrılıq yaşana bilər.
Apasport.az saytına verilən məlumata görə, bir neçə klub Əlirza Müştəbazadənın xidmətində maraqlıdır.
Qapıçı bu mövsüm Bayıl təmsilçisindəki performansı ilə diqqətləri üzərinə çəkib.
Hətta Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş da onu bu ayki toplanışa dəvət etmək istəyir.
Qolkiper “Şamaxı”, “Zirə” və “Araz-Naxçıvan”ın maraq dairəsindədir. Klublar Müştəbazadəni yayda heyətlərinə qatmaq niyyətindədirlər.
Qeyd edək ki, 23 yaşlı futbolçu “Neftçi”, “İrəvan”, “Difai” komandalarının qapısını qoruyub. Onun "Səbail"lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
- Nazim Süleymanov: Azərbaycan futbolunun unudulmaz siması
- Okan Buruk: “Dördüncü hakim türk olduğu üçün referi onu dinləmədi..."
- "Qarabağ" Benzianın boşluğunu onunla doldurur - HƏMİN BALLESTERO KİMDİR?
- “Napoli” niderlandlı futbolçu ilə güclənib
- “Vest Hem”in hücumçusu Premyer Liqa klublarının hədəfində