Şeydayev oynadı, komandası məğlub oldu
17.02.2024 - 23:50
Türkiyə 1-ci Liqasında 23-cü turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, həmyerlimiz Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" "Şanlıurfaspor"u qəbul edib. Millimizin futbolçusunun komandası məğlub olub - 0:1.
Yığma komandamızın üzvü Ramil Şeydayev matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 46-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Kocaelispor" 43 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
- “Şamaxı”nın qapıçısı: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaq, burada davamiyyətini artırmaqdır”
- "Trabzonspor" rusiyalı hücumçunu istəyir
- “Neftçi” rəsmisi: “Samir Abasov gələndən çox şey dəyişib”
- "Neftçi"də gözlənilməz ayrılıq - Komandanın liderlərindən biri yola salındı
- "Neftçi"də Şeydayev problemi davam edir: TRANSFERDƏN İMTİNA ETDİLƏR
0
0