Taekvondoçumuzdan bürünc medal
07.02.2024 - 19:24

BƏƏ-də taekvondo üzrə keçirilən Fujeyra açıq çempionatı davam edir.
Apasport.az xəbər verir ki, millimiz bu gün daha bir medal qazanılıb.
Ülvü Məmmədov uşaqların yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. 36 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinaladək Özbəkistan, Qazaxıstan və BƏƏ taekvondoçuluarına 2:0 hesabı ilə qalib gəlib. Lakin o, finala vəsiqə uğrunda mübarizədə misirli rəqibinə məğlub olaraq bürünc medala yiyələnib.
Qeyd edək ki, Azərbaycan böyüklərin yarışında 1 gümüş və 3 bürünc medal qazanıb.
- "Braziliyada mənə “Neftçi” yox, “Qarabağ”dan danışırlar, təəssüf ki, “Neftçi” “öldü”
- "Səbail"in Çantakias transferi baş tutmadı - RƏSMİ
- "Turan Tovuz"un kapitanının durumu bəlli oldu - ÖZƏL
- Kaxaber Sxadadze: "Bəzi insanlar düşünürdülər ki, “Qəbələ” dağılacaq"
- Şahin Diniyev: “Sadəcə keyfiyyət məsələsində geri qaldıq”
0
0