Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Konfrans Liqası matçlarına ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, Belarusun “Dinamo Minsk” klubu Konfrans Liqasının ev oyunlarını Azərbaycanın Sumqayıt şəhərində keçirəcək.
Belarus çempionları ölkəmizdə üç oyun keçirəcək.
Oktyabrın 3-də "Harts" (başlama saatı 19.45), noyabrın 28-də "Kopenhagen" (20.45) və dekabrın 12-də "Larne" komandaları ilə oyunlara Sumqayıt ev sahibliyi edəcək.
Qeyd edək ki, buna səbəb UEFA-nın Belarusa tətbiq etdiyi sanksiyadır. Həmin qərara əsasən, Minsk təmsilçisi Liqa mərhələsindəki ev oyunlarını öz ölkəsində keçirə bilməz.
- Millətlər Liqası: Portuqaliyadan qələbə, İspaniya Serbiya ilə bacarmadı
- Adil Şükürov: “Fikrimcə, Azərbaycan millisi birincilik uğrunda gərgin mübarizəyə qoşula biləcək”
- Van Dayk "Arsenal"la matçı buraxdı
- Azər Bağırov: "Yaddan çıxarmaq lazımdır"
- Andrey Lunyov: "Hər oyuna xüsusi motivasiya ilə çıxıram"