“Ötən il İsveçi 3:0 hesabı ilə məğlub etmişdik. Həmin vaxt qol imkanlarından istifadə etməyi bacarmışdıq”.
Bu sözləri apasport.az saytına açıqlamasında Bəhlul Mustafazadə deyib.
Azərbaycan yığma komandasının müdafiəçisi Millətlər Liqasının İsveçlə matçı (1:3) haqda danışıb:
“Bu dəfə qol şanslarımızı dəyərləndirə bilmədik. Hardasa üzərimizdə olan təzyiq də təsirsiz ötüşmədi. Qollar buraxdıq, sonda da uduzduq. Məğlubiyyət üzücü oldu. Halbuki epizodlardan yararlansaydıq, ssenari fərqli alınacaqdı”.
Millimiz ikinci turda Slovakiyanın qonağı olacaq. Mustafazadə həmin oyunda nəyə ümid etdiklərini də bildirib:
“Slovakiyanın gücünü bilirik, çox yaxşı komandadır. Heyətində güclü futbolçular oynayır. İsveçlə matçdakı oyunumuzun üzərinə qoysaq, daha da artırsaq və qol epizodlarından yararlansaq, yaxşı olacaq. Slovakiyanın gücünü bilirik. Necə olacağını görəcəyik”.
- Rüfət Abdullazadə: “Erzurumspor”la danışıqlar olmuşdu, amma yekunda “Səbail”də qalası oldum”
- “Turan Tovuz” “Neftçi”nin futbolçusunu hədəfləyir - EKSKLÜZİV
- UFC: Azarkeşlər üçün açıq təntənəli çəkiölçmə mərasimi keçiriləcək
- Edvards Premyer Liqaya qayıda bilər
- Qəbələ-Xankəndi ultramarafonununun sonuncu mərhələsinə start verilib