V Dünya Köçəri Oyunlarının bağlanış mərasimi keçirilib
14.09.2024 - 00:44

Qazaxıstanın Astana şəhərində V Dünya Köçəri Oyunları sona çatıb.
Apasport.az xəbər verir ki, bu gün tədbirin bağlanış mərasimi keçirilib.
Köçəri Oyunlarının rəmzi növbəti ev sahibi Qırğızıstana təqdim olunub. Mərasimdə Dünya Etnosport Federasiyasının prezidenti Bilal Ərdoğan, Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabosinov nitq söyləyiblər.
Qeyd edək ki, Azərbaycan idmançıları yarışlarda 2-si gümüş, 5-i bürünc olmaqla ümumilikdə 7 medal qazanıb. Medal sayına görə ölkəmiz 89 ölkə arasında 9-cu olub.
- Millətlər Liqası: Portuqaliyadan qələbə, İspaniya Serbiya ilə bacarmadı
- Cenk Sümer: “Çempionluğa namizədlərdən biriyik”
- "Neftçi"nin 1369 günlük həsrəti bu gün sona çatacaq? - STATİSTİKA
- MOİK-in baş məşqçisi: “Əsgərlərimizin qazandığı zəfərlər bizi daha məsuliyyətli edir”
- Rəşad Sadıqov: “Qəbələ səfərində 1 xal pis nəticə deyil”
0
0