"Barselona" "Nyukasl"ın liderini istəyir
12.01.2024 - 21:55
"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraynş komandanı tərk edə bilər.
Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Barselona" İngiltərə klubunun liderini heyətinə qatmaq istəyir.
Kataloniyalılar Bruno ətrafında yaranmış vəziyyəti diqqətlə izləyir. La Liqa təmsilçisi "Nyukasl"a təxminən 80 milyon avro təklif etməyə hazırdır. Həmçinin, "Barselona" transfer məbləğini azaltmaq üçün keçidə öz oyunçularını da qatmaq niyyətindədir.
Qeyd edək ki, İngiltərə klubunun maliyyə durumunu düzəltmək üçün Gimaraynşı satmağı nəzərdən keçirdiyi bildirilir.
- Rafael Fiziyev: “Azərbaycan xalqı xoşbəxt olmağa layiqdir”
- Adil Şükürov: “Fikrimcə, Azərbaycan millisi birincilik uğrunda gərgin mübarizəyə qoşula biləcək”
- Premyer Liqa: “Zirə”dən səfər qələbəsi - YENİLƏNİB
- Rəşad Sadıqov "biletini kəsdi": Azərbaycanı tərk etdi - ÖZƏL
- Hamidu Keyta “Konyaspor”da - RƏSMİ
0
0