De Bruyne 3-cü pilləyə yüksəldi
14.01.2024 - 00:32
Kevin de Bruyne Premyer Liqada məhsuldar ötürmələrin sayında 3-cü pilləyə yüksəlib.
Apasport.az xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi 21-ci turun "Nyukasl"la oyununda assist müəllifi olub.
Belçikalı hazırda 103 məhsuldar ötürmə ilə 3-cü pillədə qərarlaşır. O, "Mançester Yunayted"in əfsanəsi Ueyn Runiyə çatıb. Onlar yalnız Fransesk Fabreqas (111 məhsuldar ötürmə) və Rayan Giqqzdən (162) geri qalır.
Qeyd edək ki, "şəhərlilər" "sağsağanlar"ı 3:2 hesabı ilə məğlub edib.
- II Liqa: "Şahdağ Qusar" və "Dinamo"dan səfər qələbəsi, İmişlidə bərabərlik
- Mərdəkanda qalib bəlli olmadı - YENİLƏNİB
- "Mançester Yunayted" Onananı buraxmaq istəmir
- Samir Abasov: "Neftçi"nin üçüncü qolu məni üzdü"
- "Zaqatala"nın baş məşqçisi: "Yaxşı heyət yığmaqla komanda oyunu nümayiş etdirmək fərqli şeylərdir"
0
0