Futbol əfsanəsi dünyasını dəyişdi
08.01.2024 - 20:55
Dünya futbolunda ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Almaniya millisinin əfsanəvi futbolçusu və məşqçisi Frans Bekkenbauer dünyasını dəyişib.
Futbol üzrə dünya çempionu və ikiqat "Qızıl top" sahibi 79 yaşında vəfat edib. O, həyata gözlərini ailəsinin əhatəsində yumub.
Qeyd edək ki, Bekkenbauer Almaniya millisinin heyətində futbolçu kimi 1972-ci il Avropa, 1974-cü il dünya çempionu, "Bavariya" ilə 4 dəfə Bundesliqa qalibi olub. O, baş məşqçi kimi 1990-cı ildə yığması ilə dünya çempionu adına yiyələnib.
- "Omoniya"nın futbolçusu: "Qarabağ" əməlli-başlı digərlərindən öndədir"
- "Qarabağ" möcüzəyə imza atacaq? - DAHA ƏVVƏL EDƏNLƏR
- Millətlər Liqası: İspaniya İsveçrəyə, Portuqaliya Şotlandiyaya qarşı
- Millimiz İtaliya ilə heç-heçə etdi
- Adil Şükürov: “Fikrimcə, Azərbaycan millisi birincilik uğrunda gərgin mübarizəyə qoşula biləcək”
0
0