Jiru "Milan"ı tərk edir
04.01.2024 - 19:28
"Milan"da ayrılıq baş verə bilər.
Apasport.az xəbər verir ki, Olivye Jiru komandanı tərk etməyə yaxındır.
Onun klubla müqaviləsi mövsümün sonunda başa çatacaq. Lakin futbolçu sözləşməni yeniləməyi düşünmür. Buna səbəb milanlıların yeni hücumçu axtarışında olmasıdır. Belə olan halda, forvard əsas heyətdəki yerini itirə bilər və o, ehtiyat oyunçu olmaq arzusunda deyil.
Qeyd edək ki, fransalıya MLS klublarından təkliflər olduğu bildirilir.
- Rövşən Nəcəf: "Millinin oyunundan və nəticədən razı deyilik"
- Nazim Sadıxov: “Rafael Fiziyevin rəqibini məğlub edəcəyinə inanıram”
- “Araz-Naxçıvan”: 22 komanda arasında 14-cü
- Tanınmış UFC döyüşçüləri azarkeşlərlə görüşüblər
- İsveç millisinin baş məşqçisi: “Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan“
0
0