"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemironun taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, komandanı tərk etməyi düşünmür.
Orta sahə oyunçusu son zamanlardakı uğursuz çıxışına baxmayaraq klubda qalmaq və heyətdəki yeri uğrunda mübarizə aparmaq əzmindədir.
İngiltərə mətbuatında yayılan xəbərlərə görə, braziliyalı futbolçu transfer pəncərəsi bağlanana qədər "Qalatasaray"ın transfer təklifini rədd edəcək.
Qeyd edək ki, Kazemiro "Liverpul"la matçda (0:3) "qırmızı şeytanlar"ın buraxdığı iki qolda səbəbkar olub. O, nəticədə oyunun fasiləsində əvəzlənib.
Xatırladaq ki, yarımmüdafiəçi ötən mövsüm komandanın heyətində 32 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
- Adil Şükürov: “Fikrimcə, Azərbaycan millisi birincilik uğrunda gərgin mübarizəyə qoşula biləcək”
- Azərbaycan millisinin rəqibləri bəlli oldu - YENİLƏNİB
- Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turniri start götürüb - FOTO
- "Barselona" müdafiəçisi üçün 80 milyon avro istəyir
- "Neftçi" onunla yollarını ayırır - ÖZƏL